Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azəridmanservis: TOPAZ-ın maliyyə məsələlərinə “Caspian Tech” şirkəti cavabdehdir 

100 milyonluq skandal...

Idman-mərc oyunlarını həyata keçirən “Topaz”ın son aylarda öz öhdəliyini yerinə yetirə bilmədiyi haqda məlumatlar dolaşır.

Həmin məlumatlara əsasən, “Topaz” aylardır, öz agentlərinin depozitlərini qaytarmaqdan imtina edir, tərəfdaş şirkətlərə milyonlarla manat borcunu ödəmir.

Eyni zamanda pandemiya dövründə “Topaz”ın onunla əməkdaşlıq edən agentlərini səhv məlumatlandırdığı üçün həmin agentlərə cərimə yazıldığı və bu cərimələri “Topaz”ın ödəməkdən imtina etdiyi bildirilir.

“Topaz”ın öz öhdəliklərini icra edə bilməməsi şirkətin müflis olduğu və bu səbəbdən onun lisenziyasının geri alınacağı haqda məlumatlar yayılır.

“Topaz”-a fəaliyyət üçün lisenziyanı Gənclər və İdman Nazirliyi verib. Uzun müddətdir ki, idman-mərc oyunlarına Nazirliyin “Azəridmanservis” MMC adlı şirkəti nəzərət edib.

Sfera.az yayılan məlumatlarla bağlı “Azəridmanservis” MMC-nin baş direktoru Azər Məhərrəmovun fikirlərini öyrənib. A.Məhərrəmov “Topaz”ın fəaliyyəti, onun maliyyə öhdəlikləri ilə bağlı hər hansı fikir bildirmək səlahiyyətinə sahib olmadığını söyləyib.

O bildirib ki, rəhbərlik etdiyi şirkət və nazirlik “Topaz”ın fəaliyyətinə görə cavabdehlik daşımır: “”Topaz”ın “Caspian Tech” adlı öz təşkiledici şirkəti var və maliyyə və digər məsələlərlə bağlı onlar cavabdehdilər. Əgər hər hansı şikayət, narazılıq varsa, bizə, Gənclər və İdman Nazirliyinə aidiyyatı yoxdur”.

Bununla belə A.Məhərrəmov “Topaz”ın müflis olmadığını və lisenziyasının ləğv edilməyəcəyini bildirdi:

“Topaz” müflis olmayıb və lisenziyası ləğv edilməyəcək. Bu haqda yayılan məlumatlar səhvdir. Bununla bağlı məlumatım olduğu üçün sizə bildirirəm ki, bu dəqiqdir. Bildiyim qədərilə, pandemiya ilə əlaqədar “Topaz” işləmir. Amma yaxın dövrdə “Topaz” fəaliyyətinə başlayacaq”.

Xatırladaq ki, “Topaz” əvvəllər dövriyyəsinin 4-5 faizi qədərində olan vəsaiti “Azəridmanservis” MMC-yə ödəyirdi. Bunun əsasında ayrı-ayrı federasiyalar, nazirlik, idmançılar və bununla bağlı səfərlər maliyyələşdirilirdi. A.Məhərrəmov hazırda “Azəridmanservis”ə “Topaz”ın dövriyyəsindən hər hansı bir formada vəsaitin daxil olmadığını da dedi.

A.Məhərrəmov “Azəridmanservis” MMC-nin maliyyə vəziyyəti ilə bağlı digər sualları cavablandırmaqdan da imtina etdi.

Sfera.az-ın əldə etdiyi məlumata əsasən isə son 6 ildə TOPAZ Gənclər və İdman nazirliyinin nəzarətində olan “Azəridmanservis” MMC-yə 100 milyon manata yaxın vəsait ödəyib. Lakin şirkət bununla bağlı cəmiyyətə hesabat verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar